"Tinder" iyunun 30-na kimi Rusiyadan gedəcəyini elan edib

"Tinder" iyunun 30-na kimi Rusiyadan gedəcəyini elan edib

“Tinder” tanışlıq proqramına sahib olan “Match Group”, 30 iyun 2023-cü ilə qədər Rusiya bazarını tərk edəcəyini açıqladı.

“Biz insan hüquqlarını qorumağa sadiqik” deyə “Match Group” öz qərarını əsaslandırıb. Şirkətin illik hesabatında onun brendlərinin artıq Rusiyada öz xidmətlərinə çıxışı məhdudlaşdırmaq üçün addımlar atdığı deyilir.

Qeyd edək ki, Rusiya Ukraynanı işğal etdikdən sonra “Tinder” ruslar üçün pullu seçimləri söndürdü, bu da digər şeylərlə yanaşı reklamları da gizlətməyə imkan verdi.

“Reuters” yazır ki, “Match Group” Rusiyadakı fəaliyyəti ilə bağlı bir neçə açıq bəyanat versə də, lakin 2022-ci ilin martında onun Avropadakı biznesinə mənfi təsir göstərdiyini qeyd edib.

“Başına Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən ittiham irəli sürülən bir ölkədə reputasiyaya malik brendin fəaliyyətini davam etdirməsi yaxşı deyil”.

Maraqlıdır ki, bunu “Match Group” səhmdar şirkətinin direktoru deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə