ABŞ-da fərdi silahlanmaya qarşı mübarizə kampaniyası

ABŞ-da fərdi silahlanmaya qarşı mübarizə kampaniyası

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York ştatında fərdi silahlanmaya qarşı mübarizə kampaniyasına start verilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, kampaniya çərçivəsində silahını təhvil verənə 500 dollar, əlavə hər bir silah üçün də 150 dollar ödənir. Ştat üzrə odlu silahları təhvil alan doqquz məntəqə yaradılıb.

Bildirilir ki, Nyu-Yorq baş prokuroru Letitia Ceymsin rəhbərlik etdiyi kampaniya başlayandan indiyədək 3000-dən çox silah təhvil verilib və silahını geri qaytaranların əksəriyyəti ştatdan kənarda yaşayanlar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə