Uqandanın Əmək, Məşğulluq və Sənaye Məsələləri üzrə Dövlət Naziri Çarlz Okello Engola paytaxt Kampaladakı evində mühafizəçisi tərəfindən öldürülüb. SİA xarici KİV-ə əsasən xəbər verir ki, Engolanın mühafizəçisi olan və ona sui-qəsd təşkil edən əsgər bir neçə dəqiqə sonra tapança ilə intihar edib.
Hadisə şahidinin sözlərinə görə, əsgər maaşını almadığını, həyat yoldaşının hamilə olduğunu, uşaqlarını məktəbə göndərə bilmədiyini, nazirin uşaqlarının isə məktəbə getdiyini deyib.
Uqanda parlamentinin sədri Anita Among parlamentin bugünkü iclasında deyib: "Bu səhər, təəssüf ki, Engolanın mühafizəsi tərəfindən öldürüldüyünü öyrəndik. Bu, qismətdir. Biz heç nəyi dəyişə bilmərik". Qeyd edək ki, Enqola dövlət katibi təyin olunmazdan əvvəl müdafiə nazirinin müavini vəzifəsində çalışıb.
Fazil Hənifəyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB