Qabonun ərazi sularında gəmidən ikisi Gürcüstan vətəndaşı olmaqla üç dənizçi qaçırılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Gürcüstan Dəniz Nəqliyyatı Agentliyi yayıb.
Hadisə ilə bağlı məlumat Gürcüstanın Cənubi Afrikadakı konsulluğundan daxil olub. Qeyd edək ki, hazırda gəmidə qalan dənizçilərin təhlükədə olmadığı bildirilir.
“Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Dəniz Nəqliyyatı Agentliyi Xarici İşlər Nazirliyi ilə birlikdə dənizçilərin əsirlikdən azad edilməsi üçün ekipaj və gəmi sahibi şirkətlər də daxil olmaqla fəal iş aparırlar”.
Agentlik artıq dənizçilərin ailə üzvləri ilə əlaqə saxladığını və onlara ətraflı məlumat verdiyini bildirir. Eyni zamanda, Agentlik KİV-dən gürcü dənizçilərinin təhlükəsizliyi naminə hadisənin təfərrüatlarını yaymaqdan çəkinməyi xahiş edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB