Medvedev “Bander ordeni”ndən sonra Hitler və Mussolini ordeninin təsis edilməsini təklif edib
Medvedevdən təklif

Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev Ukraynanın “Bander ordeni”nin yaradılması təşəbbüsünə reaksiya verib.

SİA-nın əldə etdiyi məlumata görə, rusiyalı siyasətçinin müvafiq postu bu gün, mayın 2-də öz Telegram-ında dərc edib.

Dmitri Medvedev Ukraynada neonasist Stepan Banderanın şərəfinə orden yaradılması təklifi ilə müraciəti ironik şəkildə şərh edib.

Belə ki, rusiyalı siyasətçi Kiyevə xırda-xırda vaxt itirməməyi, dərhal “çiyninə lentlə taxılacaq üç dərəcədə yeni mükafatı təsdiq etməyi tövsiyə edib. Bununla yanaşı, Medvedev Yevgen Konovalets ordeni, Roman Şuxeviçin medalını qazanmağı da təklif edib.

Bununla belə, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bu transferlə kifayətlənməyib, Medvedev Almaniya hakimiyyətinə Adolf Hitler, italyanlara isə Benito Mussolini ordenini təsis etməyi də tövsiyə edib.

“Niyə utanmaq lazımdır? Tərifləmək lazımdırsa, o zaman bütün Avropa nasistləri kütləvi şəkildə... Bu, indi əsas Avropa ideologiyasıdır.

Qeyd edək ki, Medvedev ironiya ilə Vladimir Zelenski ordenini təsis etməyin də vaxtı çatdığını bildirib.

Xatırladaq ki, mayın 1-i ərəfəsində Zelenskinin saytında “Bandera ordeni” dövlət mükafatının təsis edilməsi ilə bağlı petisiya dərc edilmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə