Çərşənbə axşamı saat 24:00-dan etibarən Litvanın Belarus və Rusiya ilə sərhədində fövqəladə vəziyyət rejimi fəaliyyətini dayandırır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Litva Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, 2021-ci ilin noyabrında elan edilən və dəfələrlə uzadılan fövqəladə vəziyyət ləğv edilir.
Lakin miqrasiya ilə bağlı ekstremal vəziyyət rejimi qüvvədə qalır ki, bu da hüquq-mühafizə orqanlarına Litvadan qanunsuz miqrantları qonşu ölkələrin ərazisinə zorla çıxarmağa imkan verir.
Bu barədə is’ TASS məlumat yayıb.
Xatırladaq ki, Litva Belarusla sərhəddə iki keçid məntəqəsinin fəaliyyətini məhdudlaşdırmaq niyyətindədir.
Müəllif: Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB