Yunanıstan, Türkiyənin müdafiə sənayesində atılan addımları maraqla izləyir
"...Yana-yana qalın a..."

Yunanıstan qəzetləri Ankarada keçirilən “Gələcəyin Əsri Tanıtım Proqramı”nda Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təqdimatı reallaşdırılan Türk hərbi təyyarələrindən söz aparıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

“İskra” qəzeti “Yunanıstan müharibə sənayesində görünməz ikən Türkiyə 5-ci nəsil döyüş təyyarəsini təqdim etdi” başlığı ilə çatdırdığı xəbərində Türkiyənin müdafiə sənayesindəki irəliləyişlərə diqqət çəkib. Türkiyənin milli döyüş təyyarəsi “Kaan”dan bəhs edən qəzet döyüş təyyarəsinin Türkiye istehsalı olan ağıllı sürsatlar ilə təchiz olunduğunu və tamamilə yerli infrastruktura malik olduğunu yazıb.

“Eidiseis” qəzeti isə prezident Ərdoğanın “Kaan və Hürjet” digərlərini narahat edəcək, sözlərinə diqqət çəkib və təqdim edilən türk təyyarələrinin xüsusiyyətlərini şərh edib.

Army Voice saytı, “Ərdoğan Türkiyənin 5-ci nəsil “Kaan” döyüş təyyarəsini idarə etdi” başlığı ilə çatdırdığı yazıda, Prezident Ərdoğanın Türkiyə müdafiə sənayesindəki irəliləyişlərlə bağlı sözlərinə paylaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə