Ukraynanın daxili işlər naziri İqor Klimenko Rusiyaya qarşı hücum üçün 8 briqadanın yaradıldığını açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə nazir “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində danışıb.
“Bizim əlavə komandalar yaratmaq planımız var, çünki buna tələbat var və imkanlarımız kifayət qədərdir”,-deyə nazir bildirib.
Yeni briqadaların 2-3 həftəlik təlim keçəcəyini bildirən Klimenko qeyd edib ki, bu briqadaların vəzifəsi hərbi əməliyyatlar zamanı müdafiə qüvvələri ilə əks-hücum həyata keçirməkdir. O, qeyd edib ki, döyüş tapşırığı verildikdən sonra briqadalar müdafiə qüvvələrinin komandanlığına keçəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB