40-dan çox avtomobil toqquşub

ABŞ-ın İllinoys ştatında qum fırtınası səbəbindən 40-dan çox avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, qəzada çox sayda insan həyatını itirib, 30-a yaxın adam da yaralanıb. İllinoys ştatının sözçüsü mətbuat konfransında yerli vaxtla saat 11:00 radələrində baş verən zəncirvari yol qəzasında təxminən 40-60 minik avtomobili və bir neçə yük maşınının iştirak etdiyini, yük maşınlarından ikisinin alov aldığını və partlayış baş verdiyini bildirib.

Magistral yol hər iki istiqamətdə nəqliyyata bağlanıb, bölgəyə çoxlu təcili yardım və yanğınsöndürənlər cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə