ABŞ-da qum fırtınası nəticəsində 6 nəfər ölüb

ABŞ-da qum fırtınası nəticəsində 6 nəfər ölüb

ABŞ-ın İllinoys ştatının cənubunda qum fırtınası nəticəsində baş verən kütləvi yol qəzasında 6 nəfər ölüb.
SİA bu barədə xarici KİV-lərə istinadla xəbər verir.

Məlumata əsasən, təxminən 40-60 minik avtomobili və bir neçə iri yük maşını toqquşub. Otuza yaxın insan xəstəxanalara çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə