34 alman diplomatı Rusiyanı tərk edib

34 alman diplomatı Rusiyanı tərk edib

Almaniya nümayəndəliklərinin əməkdaşlarının bir hissəsi mayın 1-də Rusiyanı tərk edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə TASS Almaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Şöbədən dəqiq rəqəm açıqlamayıblar.

Xarici İşlər Nazirliyinin məlumatına görə, son həftələrdə Almaniya hökuməti Rusiya xüsusi xidmət orqanlarının Almaniyada mövcudluğunu azaltmaq üçün Rusiya tərəfi ilə əlaqə saxlayıb. Nəticədə ayın ortalarında Rusiya nümayəndəliklərinin bəzi əməkdaşları Almaniyanı tərk ediblər. Berlin onların fəaliyyətinin “diplomatik statusa uyğun olmadığını” vurğulayıb.

Rusiya tərəfi də öz növbəsində Almaniya nümayəndəliklərinin eyni sayda əməkdaşını ölkəni tərk etməyi xahiş edib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, onlar mayın 1-də Rusiya Federasiyasını tərk ediblər.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Berlinin hərəkətlərinə cavab olaraq 20-dən çox alman diplomatının Moskvadan çıxarılacağını bildirmişdi. Lakin media orada çalışan 90-a yaxın alman diplomatından 34-nün Rusiyanı tərk etmək məcburiyyətində qaldığını yazıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə