Ukrayna yaraqlılarının sıralarında döyüşmüş keçmiş ABŞ dəniz piyadası Kuper Endryus Artemivsk yaxınlığındakı döyüşlərdə məhv edilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, muzdlu əsgərin ölümü barədə yaxınlarına istinadən CNN məlumat yayıb.
Rus saytlarının yazdığına görə, Endryus çox güman ki, aprelin 19-da öldürülüb. Deyilənlərə görə, onun müqaviləsi martda başa çatmalı idi. Ehtimal ki, 26 yaşlı muzdlu xüsusi əməliyyat zonasında təxminən 6 ay qalıb. Endryusun anası onun ötən ilin noyabrında Ohayodan Ukraynaya gəldiyini bildirib.
Dövlət Departamentindən adını açıqlamayan birisi ABŞ vətəndaşının Nezalejnaya ərazisində öldüyünü təsdiqləyib. Onlar qeyd ediblər ki, ölən muzdlu əsgərin ailəsinə lazımi konsulluq yardımı göstərirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB