BMT-nin Ümumdünya Ərzaq Proqramı Sudanda öz işini bərpa edir, ərzaq paylanılması yaxın vaxtlarda yenidən başlayacaq.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dyujarrik deyib.
Qeyd edək ki, aprelin 15-də Ümumdünya Ərzaq Proqramının üç əməkdaşı Sudanda silahlı toqquşmada həlak olub. Qurum aprelin 16-da ölkədə işlərin dayandırıldığını elan edib. Sudanda münaqişə tərəflərindən heç biri hələlik hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB