ABŞ və Finlandiya ikitərəfli müdafiə sahəsində əməkdaşlıq müqaviləsi hazırlayır. Bu sənəd xüsusilə ABŞ-a Finlandiyada öz hərbi bazalarını yerləşdirməyə imkan verəcək. Amma SİA-nın əldə etdiyi məlumata görə, müqavilə nüvə silahlarına şamil edilməyəcək.
Finlandiya Xarici İşlər Nazirliyinin sözçüsü Mikael Antell bildirib ki, müqavilənin mətni demək olar ki, hazırdır. Bir dəfə yenidən işlənmişdir. Antellin sözlərini “Helsingin Sanomat” qəzeti sitat gətirir. Onun fikrincə, ABŞ-ın mövcudluğu Finlandiyanın müdafiə potensialını gücləndirəcək. Müqavilə ABŞ qoşunlarına Finlandiyada qalmağa, hərbi texnika və materialları saxlamağa, ola bilsin ki, ABŞ Konqresinin Pentaqona ayırdığı vəsait hesabına infrastruktura sərmayə qoymağa imkan verəcək.
Finlandiya ilə ABŞ arasında rəsmi səviyyədə danışıqlar gələn ilə qədər davam edəcək və bundan sonra saziş layihəsi parlamentə keçəcək.
Saziş Finlandiyanın NATO-ya üzvlüyünə zidd deyil, onu tamamlayır.
Yeri gəlmişkən, ABŞ hazırda İsveç və Danimarka ilə oxşar müdafiə sahəsində əməkdaşlıq danışıqları aparır. Birləşmiş Ştatlar 2021-ci ildə Norveçlə oxşar müqavilə imzalayıb. ABŞ Hərbi Hava Qüvvələri Norveçin Rygge hava limanında yerləşdirilib.
Qeyd edək ki, Finlandiya aprelin 4-də rəsmi olaraq NATO-nun 31-ci üzvü oldu. Onunla birlikdə İsveç də 2022-ci ilin mayında NATO-ya üzvlük üçün müraciət etmişdi, lakin Türkiyə və Macarıstanın müqaviməti ilə onun alyansa daxil olması hələ təsdiqlənməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB