“Özünüzü günahlandırın!”

ABŞ-da Rusiyadakı münaqişə ilə bağlı qərar fəlakət adlandırıb
“Özünüzü günahlandırın!”

Qərbin Rusiya ilə münaqişəyə girmək qərarı onun üçün “böyük fəlakət”ə çevrildi. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu amerikalı hüquq müdafiəçisi Ajamu Baraka deyib.

“Avropa kapitalının özündən başqa heç kimi günahlandırması yoxdur. Təcrübəsiz ABŞ siyasətçilərinin Qərbi Rusiya ilə hərbi qarşıdurmaya sürükləməsinin nə qədər böyük fəlakət olduğunu anlamaq üçün çox gecdir”.

Qeyd edək ki, Baraka bunları “Twitter”də yazıb.

Yeri gəlmişkən, Baraka mütəmadi olaraq ABŞ və Avropa İttifaqını Rusiyaya qarşı siyasi kursuna görə tənqid etməsi ilə tanınır. Onun dediyinə görə, kollektiv Qərb Ukraynada Rusiya ilə toqquşmaya hazırlaşmaq üçün Donbassdakı münaqişənin həlli üçün Minsk razılaşmalarından yararlanıb.

Maraqlıdır ki, sentyabr ayında Amerika tərəfinin Şimal axınında partlayışlarda iştirakı ilə bağlı məlumatları şərh edən Barak, Almaniyanı Ukrayna münaqişəsində ABŞ-ın “ikinci hədəfi” adlandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə