Gürcüstan 9 rusiyalıya siyasi sığınacaq verməkdən imtina edib

Gürcüstan 9 rusiyalıya siyasi sığınacaq verməkdən imtina edib

Bu ilin ilk üç ayı ərzində Rusiya Federasiyasının 24 vətəndaşı Gürcüstan hakimiyyətinə siyasi sığınacaq və ya qondarma humanitar status tələbi ilə müraciət edib ki, bu da onların Rusiya Federasiyasına göndərilməyəcəyinə zəmanət verir. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, 9 rusiyalıya isə humanitar status verilməyib. Qalanları da heç bir cavab almayıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bununla yanaşı, 39 Ukrayna vətəndaşına da humanitar status verilib.

Siyasi sığınacaq məsələsinə gəlincə, təhlükəsizlik səbəbi ilə adı açıqlanmayan yalnız bir rusiyalı bu statusu alıb.

Ümumilikdə, bu ilin birinci rübündə Gürcüstanda siyasi sığınacaq və ya humanitar status üçün müraciət edən 291 nəfər qeydiyyata alınıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə