Ukrayna Silahlı Qüvvələri ABŞ-dan “Zuni” hava-yer tipli raketlər alıb. SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk bildirib.
Belə ki, Ukraynalı zabit özünün Telegram-kanalında “Su-25” təyyarəsinin asılmış Amerika təyyarələrinin raketləri ilə fotosunu yerləşdirib. Yanvarın əvvəlində Pentaqonun mətbuat ofisi 4000 “Zuni” raketi də daxil olmaqla, Ukraynaya 2,85 milyard dollarlıq hərbi yardım paketini açıqlayıb.
Qeyd edək ki, 1957-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri tərəfindən qəbul edilən “Zuni” raketi kiçik ölçülü yer və yerüstü hədəfləri məhv etmək üçün nəzərdə tutulub.
O, idarə olunmur, lakin təxminən 500 mm qalınlığında zirehlərə nüfuz edə bilir. Raketin hədəf atəşinin maksimal məsafəsi 8 km-dir.
Yeri gəlmişkən Böyük Britaniya qurudan, sudan və ya havadan buraxıla bilən uzaqmənzilli raketləri əldə edib Kiyevə ötürməyi planlaşdırır. Bu raketlərin uçuş məsafəsi SİA-nın dünən də qeyd etdiyi kimi, 150-300 km-dir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB