Doğrudan da, bəs, bu dəfə nə oldu? Məsələ bundadır ki, Çin BMT Baş Assambleyasının Ukraynaya təcavüzü ilə bağlı Rusiyanın ünvanına sərt ifadələr ehtiva edən qətnamənin lehinə səs verib. Qeyd edək ki, əvvəllər Çin nümayəndələri bu cür qətnamə layihələri üzrə səsvermə zamanı bitərəf olmağa üstünlük verərdilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, səsvermə aprelin 26-da keçirilib, lakin media və şərhçilər qətnamənin mətninə və Çinin yalnız bu gün “lehinə” səs verənlər arasında olmasına diqqət yetiriblər.
Ümumilikdə BMT və Avropa Şurası arasında əməkdaşlıq haqqında qətnaməni Gürcüstan da daxil olmaqla 122 ölkə dəstəkləyib. Çindən başqa, Rusiyaya dost hesab edilən bir sıra digər ölkələr, o cümlədən Qazaxıstan və Ermənistan, Hindistan və Braziliya da lehinə səs veriblər.
Onu da qeyd edək ki, sənəddə konkret olaraq Rusiya Federasiyasının Ukraynaya, ondan əvvəl isə Gürcüstana təcavüzündən sonra Avropanın üzləşdiyi görünməmiş çağırışlar dan bəhs edilir.
O, həmçinin təcavüz qurbanlarına zərərin ödənilməsinə çağırır. Xatırladaq ki, Rusiya sənədin əleyhinə səs verən 5 ölkədən biridir (Belarus, Suriya, Şimali Koreya və Nikaraqua ilə birlikdə).
Ukraynadakı müharibə qətnamənin əsas diqqət mərkəzində deyil, ona görə də Çinin və digər ölkələrin ona dəstək verən səsvermənin Rusiyanın Ukraynadakı hərəkətləri ilə bağlı mövqelərinin dəyişməsinə işarə olub-olmadığı aydın deyil. Bundan əvvəl Çin Moskvanın hərəkətlərini tənqid etməkdən çəkinir, bütün tərəflərin maraqlarını nəzərə alaraq sülhə nail olmağın zəruriliyini bəyan edirdi. Amma indi...maraqlıdır ki, Çin nümayəndələri səsverməni hələ ki, şərh etməyiblər.
Sənədin müzakirəsi zamanı Rusiya nümayəndəsi Qərb ölkələrini qətnaməni “siyasiləşdirməkdə” ittiham edərək, Rusiyanı pisləyən bəndin sənəddən çıxarılmasını istəyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB