...Baş verən yol qəzası nəticəsində 6 nəfər ölüb

...Baş verən yol qəzası nəticəsində 6 nəfər ölüb

Tacikistanın şimalında baş verən yol qəzası nəticəsində 6 nəfər ölüb. Qəza Düşənbə-Xucənd-Çanak avtomobil yolunun 154-cü km-də, Suqd vilayətinin Ayni rayonu ərazisində baş verib.

SİA-nın tacik saytlarından əldə etdiyi məlumata görə, ölənlərin hamısı Artuç rayonunun Pencikent kəndinin sakinləridir. Qəza nəticəsində xəsarət alan 4 nəfər is’ xəstəxanaya çatdırılıb.

Tacikistan Hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsi mayın 1-də bildirib ki, “Starex” markalı avtomobilin sürücüsü Pencikent şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirib, nəticədə mikroavtobus 200 metr dərinlikdəki dərəyə aşıb.

“Xilasedicilər alp texnikasının köməkliyi ilə xüsusi alətlərdən istifadə etməklə dərəyə enərək qəzaya uğramış avtomobildən sürücünün və 5 sərnişinin cəsədlərini çıxarıblar”. Qəza ilə bağlı verilən xəbərdəbelə deyilir.

Yeri gəlmişkən, Tacikistanda hər il yol qəzalarında yüzlərlə insan ölür, minlərlə insan yaralanır. Dövlət Avtomobil Müfəttişliyinin məlumatına görə, 2022-ci ildə ölkədə 1100-ə yaxın qəza qeydə alınıb, nəticədə 416 nəfər ölüb, mindən çox insan xəsarət alıb. Mütəxəssislər bunu sürücülərin və piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi, sürücülük vəsiqələrinin alınması, eləcə də ölkədə yol infrastrukturunun lazımi səviyyədə olmaması ilə əlaqələndirirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə