Kanada öz vətəndaşlarının təxliyəsini dayandırıb

Kanada öz vətəndaşlarının təxliyəsini dayandırıb

Kanada hakimiyyəti Sudanda vəziyyətinin pisləşməsi ilə əlaqədar öz vətəndaşlarının hava ilə təxliyəsini dayandırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə bazar günü ölkənin milli müdafiə naziri Anita Anand məlumat verib.

“Təhlükəli və qeyri-sabit vəziyyətə görə evakuasiya üçün pəncərə bağlanır”, - nazir bildirib.

Onun sözlərinə görə, Kanada Hərbi Hava Qüvvələri son üç gündə altı uçuş həyata keçirib. Təxliyə olunan 550 nəfərin 400-ə qədəri kanadalı, qalanları isə digər ölkələrin vətəndaşları olub.

Bütün xəbərlər Facebook səhifəmizdə