Hindistan və Rusiya Qərbin sanksiyaları altında ödənişlər üçün Rusiyanın “Mir” kartları və Hindistan “RuPay”ı qəbul etmək imkanlarını araşdırır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The Economic Times” mənbələrə istinadən məlumat yayıb.
Beləliklə, nəşrin həmsöhbətləri bildiriblər ki, tərəflər bu yaxınlarda ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hindistan-Rusiya hökumətlərarası komissiyasında bu məsələnin öyrənilməsinə başlamaq qərarına gəliblər.
Bundan əlavə, Hindistanın xarici işlər naziri Subramanyam Caişankar və Rusiya baş nazirinin müavini Denis Manturovun həmsədrliyi ilə keçirilən görüşdə Vahid Ödəniş İnterfeysi, Hindistanın Milli Ödəniş Korporasiyası və Rusiya Bankının Sürətli Ödəniş sistemi arasında qarşılıqlı fəaliyyət imkanlarının araşdırılması qərara alınıb.
Transsərhəd ödənişlər üçün Rusiya maliyyə mesajlaşma sisteminin tətbiqinə də baxılması planlaşdırılır.
Xatırladaq ki, hazırda, ölkələr arasında ödənişlər SWIFT vasitəsilə həyata keçirilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB