Xerson vilayətinin “qaynar” kəndində artıq uşaq yoxdur

Xerson vilayətinin “qaynar” kəndində artıq uşaq yoxdur

Bütün uşaqlar Xerson vilayətinin Kizomıs kəndindən təxliyə edilib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə aprelin 30-da Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib.

Qurum rəsmisi əlavə edib ki, Xerson vilayət polis idarəsinin, polis əməkdaşlarının və “Xeyirxah əməl” Xeyriyyə Fondunun könüllülərinin birgə səyi nəticəsində son iki uşaqlı ailə təhlükəsiz yerə aparılıb.

“Bir çox valideyni övladlarını təhlükəyə atmamağa və atəş xəttində qalmamağa inandırmaq lazım idi. Ruslar Kizomıs şəhərini hər gün şiddətli atəşə tuturlar. Bu gün yaşayış binalarına yenidən ziyan dəyib və xoşbəxtlikdən uşaqlar çıxarılıb”-deyən Prokudinin sözlərinə görə, pulsuz müvəqqəti mənzil və yemək alan ailələr hazırda təhlükəsiz yerdədirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə