Çexiya prezidenti Petr Pavel bazar günü, aprelin 30-da Kiyevə səfərindən sonra hazırda Ukrayna Silahlı Qüvvələrinin əsas problemi kimi, Qərb tanklarını yararsız edən sursat çatışmazlığı olduğunu bildirib.
SİA bu barədə rus saytlarına istinad edir.
Pavel qeyd edib ki, Ukrayna Qərb tərəfdaşlarından çox effektiv texnika, o cümlədən müasir tanklar alır, lakin minimum sayda mərmi ilə...
O əlavə edib ki, Ukrayna bu maşınlardan yalnız bir neçə gün yararlana bilərlər. Bundan sonra mərmisiz qalan bu texnikalar səmərəsiz bir şey kimi anbarlara qaytarılmalıdır.
Pavel, ölkəsinin müttəfiqləri ilə birlikdə Ukraynaya silah-sursat tədarükünü artırmaq yollarını axtaracağına söz verib. Qeyd edək ki, Çexiya Prezidenti, hazırda Ukrayna Silahlı Qüvvələrində, demək olar ki, kifayət qədər ağır texnika olduğunu da etiraf edib.
Amma Çexiya liderinin sözlərinə görə, sursat çatışmazlığı Ukraynanın özünü effektiv müdafiə etmək və uğurlu əks-hücumlar həyata keçirmək imkanlarını məhdudlaşdırır.
Pavel Rusiya ordusunun artilleriya qurğuları və reaktiv yaylım atəşi sistemlərində eləcə də mərmi sayında üstünlüyə malik olduğuna da diqqət çəkib.
Yeri gəlmişkən qeyd edim ki, bir müddət bundan əvvəl “Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojin döyüşçülərinin “mərmi aclığından” şikayətləndiklərini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB