Aprelin 30-da “Rossiya 1” telekanalında “Vladimir Solovyovla bazar axşamı” verilişində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Moskvanın Polşa ilə diplomatik münasibətləri kəsmək hüququ olsa da, amma rusların bundan əziyyət çəkə biləcəklərini deyib.
Zaxarovanın sözlərinə görə, Polşada yaşayan və işləyən Rusiya Federasiyası vətəndaşları dövlətin tam dəstəyini, eləcə də müdafiəsini ala bilməyəcəklər. Bundan əlavə, rusiyalı diplomat qeyd edib ki, Ukrayna ərazisini Polşa vasitəsilə tərk edən və Rusiyaya daxil olmaq istəyən şəxslərin də sənədlərinin işlənməsi, statusunun təsdiq edilməsində də köməyə ehtiyacı var.
Bütün bunlar, Zaxarovanın sözlərinə görə, Rusiyanın Polşadakı səfirliyinin hər gün gördüyü işdir. Əgər ölkələr arasında diplomatik əlaqələr kəsilsə, bu da dayanacaq.
Xarici İşlər Nazirliyinin nümayəndəsi onu da xatırladıb ki, Polşadakı rus diplomatlar sovet abidələrinin sökülməməsi üçün daim onları müdafiə edirlər.
SİA-nın əldə etdiyi məlumata görə, bundan əvvəl “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov, Rusiyanın Varşava polisinin Rusiya səfirliyindəki məktəb binasına soxulduğu günü unutmayacağını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB