Ekvadorda avtomobil təmiri sexinə hücum nəticəsində 10 nəfər ölüb

Ekvadorda avtomobil təmiri sexinə hücum nəticəsində 10 nəfər ölüb

Ekvadorun qərbindəki Quayaquil şəhərində silahlı naməlum şəxslər avtomobil sexinə hücum ediblər. Nəticədə 10 nəfər öldürülüb, bir nəfər yaralanıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə ölkənin “Clarin” qəzeti məlumat yayıb.

Bildirilib ki, hazırda hüquq-mühafizə orqanlarının istintaq bölmələri cinayəti törədən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirir.

İlkin məlumata görə, cinayətkarlar sexdə futbola baxan bir qrup şəxsi güllələyiblər.

Qeyd edək ki, artan cinayətlər səbəbindən ötən ilin avqustundan Quayaquil şəhərində fövqəladə vəziyyət elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə