Ukrayna Silahlı Qüvvələrinin artilleriyaçıları və raket bölmələri Rusiya ordusunun silah, texnika və canlı qüvvəsinin cəmləşdiyi dörd ərazini, o cümlədən logistika mərkəzini, sursat anbarını və artilleriyanın cəmləşdiyi iki ərazini vurub.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının axşam məlumatında deyilir.
“Müdafiə Qüvvələrinin aviasiyası bir gündə düşmənin şəxsi heyətinin cəmləşdiyi ərazilərə üç zərbə endirib...”, - məlumatda bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB