Sudan Mülki Aviasiya İdarəsi ölkənin hava məkanında uçuşların məhdudlaşdırılmasının müddətinin mayın 13-dək uzadılması barədə göstəriş verib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Xartum Beynəlxalq Hava Limanı məlumat yayıb.
Bildirilib ki, Mülki Aviasiya İdarəsi müvafiq qurumlara humanitar yardım və xarici vətəndaşlar üçün təxliyə uçuşları istisna olmaqla, bütün təyyarələr üçün Sudan hava məkanının bağlı qalması müddətinin mayın 13-dək uzadılması barədə bildiriş göndərib.
Qeyd edək ki, əvvəlcə bu müddət aprelin 30-dək idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB