Qaqauz muxtariyyəti başçı seçir

Qaqauz muxtariyyəti başçı seçir

Moldovanın Qaqauz muxtariyyətinin başçısının seçkilərində saat 18:00-a qədər seçici fəallığı demək olar ki, 49 faiz təşkil edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu yerli Mərkəzi Seçki Komissiyasının sədri Yana Kovalenko deyib.

“Saat 18:00-a olan məlumata görə...47 417 seçici səs verib ki, bu da 48,6 faiz təşkil edir”.

Qeyd edək ki, seçicilərin azı 50 faizi məntəqələrə gələrsə, seçkilər baş tutmuş hesab ediləcək. Onu da qeyd edək ki, muxtariyyətin rəhbəri postuna 8 namizəd mübarizə aparır, indiki rəhbər İrina Vlah isə seçkilərdə iştirak etmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə