Prezident Rəcəb Tayyib Ərdoğan bildirdi ki, layihələri və tikintisi davam edən xətlər tamamlandıqda Ankara Türkiyənin sürətli qatar mərkəzinə çevriləcək.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, paytaxtın Millət Bağında keçirilən Ankara mitinqində çıxışı zamanı R.T.Ərdoğan dedi: “Ankaranı gözəlləşdirmək üçün 21 ildir çalışırıq. Şəhərə 605 milyard lirəlik dövlət sərmayəsi qoyduq.
Sürətli qatar xətləri ilə Ankaranı Eskişehir, Bilecik, Konya, Sakarya, Kocaeli və İstanbula bağladıq.
Ankara-Kırıkkale-Yozqat-Sivas sürətli qatar xəttini bu həftə istifadəyə verdik.
2025-ci ildə Ankara-İzmir sürətli qatar xəttini açmaq niyyətindəyik.
Layihə və tikintisi davam edən xətlər tamamlandıqda Ankara bütün Türkiyənin sürətli qatar mərkəzi olacaq.
Ankara son 21 ildə yatırılan sərmayələrlə həm də müdafiə sənayemizin paytaxtıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB