“Onun siyasətini tərsinə çevirəcəyik”

Braziliya prezidenti Luiz İnasio Lula da Silva 6 yeni yerli yaşayış yerində mədən işlərinin aparılmasını və kommersiya kənd təsərrüfatını məhdudlaşdıran fərman verdi
“Onun siyasətini tərsinə çevirəcəyik”

Braziliya prezidenti Luiz İnasio Lula da Silva 6 yeni yerli yaşayış yerində mədən işlərinin aparılmasını və kommersiya kənd təsərrüfatını məhdudlaşdıran fərman verdi.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, L.İ.Lula 2023-cü ilin yanvar ayında vəzifəyə gəldiyi gündən vətənində mədənçiliyi təbliğ edən ifrat sağçı sələfi Jair Bolsonaronun siyasətini tərsinə çevirəcəyini bildirib.

Paytaxt Braziliyada açıqlama verən ölkə prezidenti prosesin zaman alacağını bildirərək "Doğma torpaqlara qanun gətirəcəyik" deyib.

Qeyd edək ki, Braziliyada artıq 6 yeni yerli yaşayış yeri ilə bağlı qərar çərçivəsində böyük Amazon yağış meşəsi sahəsi də daxil olmaqla təxminən 620.000 hektar ərazi mühafizə altına alınıb. Yerli əhaliyə qoruqlardakı təbii sərvətlərdən müstəsna olaraq istifadə etmək səlahiyyəti verən qərar kommersiya əkinçiliyi və ağac kəsməni məhdudlaşdırmaqla yanaşı, bütün mədən işlərini də qadağan edir.

Xatırladaq ki, yeni qoruqlar ölkənin şimal-şərq və cənub bölgələrində, eləcə də mərkəzdə yerləşir.

Qərarı alqışlayan yerli rəhbərlər bildiriblər ki, hələ daha çox ərazi qorunmalıdır.

Sözügedən qərarla Amazonda son illərdə narahatlıq yaradan meşələrin qırılmasının qarşısının alınması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə