Artyomovskdan sonra Ukraynadakı münaqişənin xarakteri dəyişəcək

Artyomovskdan sonra Ukraynadakı münaqişənin xarakteri dəyişəcək

“...Artyomovsk döyüşü Ukrayna ordusunun belini qırdı və mən təsəvvür edə bilmirəm ki, ukraynalılar daha belə bir döyüşə necə girə bilərdilər. Onlar ordu və sursat da daxil olmaqla, bütün resurslarını istifadə ediblər”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu ABŞ Dəniz Piyadaları Korpusunun təqaüddə olan kəşfiyyat zabiti Skot Ritter bildirib.

Ritterin fikrincə, Artemovskdan sonra Ukraynada münaqişənin xarakteri dəyişəcək

Onun sözlərinə görə, bu döyüşü sonradan dönüş nöqtəsi adlandırmaq olar və əməliyyatlar teatrında baş verən hadisələrin fərqli xarakter daşıması ehtimalı var.

O, Ukraynada Artyomovsk kimi istehkamların olmadığını qeyd edib.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl “Vaqner” PMC döyüşçülərindən biri Artemovskın azad edilməsinə guya bir kilometr yarım qaldığını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə