Sudan xüsusi təyinatlıları humanitar atəşkəsin daha 72 saat uzadıldığını elan edib
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə TASS xüsusi təyinatlıların sosial şəbəkələrdəki bəyanatına istinadən xəbər verir.
“Biz bu gün gecə yarısından başlayaraq humanitar atəşkəsin 72 saat uzadıldığını elan edirik”, - bəyanatda deyilir.
Qeyd edək ki, bundan əvvəl Sudanın Səhiyyə Nazirliyi aprelin ortalarından bu yana ölkədə baş verən silahlı münaqişənin qurbanlarının sayının 528 nəfər olduğunu bildirmişdi.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB