ABŞ prezidenti Cozef Baydenin ABŞ ordusunda olan hər bir avtomobili “iqlim üçün uyğun” etmək ideyası silahlı qüvvələrin potensialını məhv edir,
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Amerikanın “The Hill” onlayn nəşri respublikaçı senator Coni Ernstin “WABC” radiosunda verdiyi bəyanata istinadən yazır.
“Mövcud administrasiya iqlim gündəmi ilə ifrata varıb. İndi bizim əsgərlərimizin nə qədər güclü olması bizi maraqlandırmır. Xeyr, biz diqqəti yaşıl enerji və iqlim dəyişikliyinə yönəldirik”, - deyə Ernst bildirib.
Qeyd edək ki, onun fikrincə, hazırda ordunun elektriklə işləyən avtomobillərə ehtiyacı yoxdur.
Yeri gəlmişkən, daha əvvəl “Redacted News” proqramının amerikalı aparıcısı Clayton Morris, Baydenin diqqəti Ukraynadan Çinlə potensial münaqişəyə yönəldiyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB