Böyük Britaniya tibb bacıları 28 saatlıq tətil edəcəklər

Böyük Britaniya tibb bacıları 28 saatlıq tətil edəcəklər

Böyük Britaniya xəstəxanalarının, psixi sağlamlıq və icma mərkəzlərinin yarısında tibb bacıları tətil edəcək.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, 28 saat davam edəcək tətil çərçivəsində reanimasiya şöbələrindəki tibb bacıları da ilk dəfə iş yerlərini tərk edəcəklər.

Böyük Britaniyanın qərbindəki NHS bölməsinin rəhbəri Nik Hulme, tətillərin "böyük pozuntulara səbəb olacağını və xəstələr üçün risk yaradacağını" söyləyib.

Hulme BBS-də iştirak etdiyi proqramda bütün tərəfləri bir an əvvəl razılığa gəlməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə