Türkiyənin milli müdafiə naziri TEKNOFEST-də həmkarları ilə birlikdə

Türkiyənin milli müdafiə naziri Hulusi Akar İstanbul Atatürk Hava Limanında keçirilən Aviasiya, Kosmos və Texnologiya Festivalı “TEKNOFEST 2023”ə gəlib və müxtəlif görüşlər keçirib
Türkiyənin milli müdafiə naziri TEKNOFEST-də həmkarları ilə birlikdə

Türkiyənin milli müdafiə naziri Hulusi Akar İstanbul Atatürk Hava Limanında keçirilən Aviasiya, Kosmos və Texnologiya Festivalı “TEKNOFEST 2023”ə gəlib və müxtəlif görüşlər keçirib.

Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər ​​və komandirlərlə birlikdə “TEKNOFEST 2023”ə gələn H.Akar orada Azərbaycanın müdafiə naziri general Zakir Həsənov, Burkina-Fasonun müdafiə naziri Kassum Kulibali (Kassoum Coulibaly), Kosovo müdafiə naziri Armend Mehaj və Ukraynanın strateji sənaye naziri Oleksandr Kamışin ilə bir araya gəlib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, görüşlər zamanı müdafiə, təhlükəsizlik və müdafiə sənayesində əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazir Akar “Türkiyənin ilk kosmos səyahətçisi” olaraq beynəlxalq kosmos stansiyasına gedəcək və araşdırmalar aparacaq Alper Gezeravcı və Tuvalı Cihangir Ataseveri də təbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə