Gürcüstan NATO-ya üzv olmağa can atmalıdır

Prezident ölkəni Müdafiə Qüvvələri Günü münasibətilə təbrik edib
Gürcüstan NATO-ya üzv olmağa can atmalıdır

Bildirək ki, 30 aprel Gürcüstanda Müdafiə Qüvvələri günüdür. Belə ki, bu gün ölkənin Müdafiə Qüvvələri 32 yaşını qeyd edir. Bununla əlaqədar ölkə prezidenti Salome Zurabişvili hərbçi veteranlara və onların ailələrinə təşəkkür etdiyi müraciət dərc edib, həmçinin ölkənin silahlı qüvvələrinin yüksək əhəmiyyətini xatırladıb.

“Biz təhdidlərin çox tez-tez baş verdiyi bir dövrdə yaşayırıq. Köhnə formalarla yanaşı bir sıra yeni təhlükələr də meydana çıxıb. Beləliklə, müdafiə qüvvələrinin rolu artır və daha çox peşəkarlıq, daha çeviklik, eləcə də bilik tələb edir”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Gürcüstan prezidenti bildirib.

Rusiyanın 14 ay əvvəl Ukraynaya qarşı başlatdığı müharibəyə diqqət çəkən gürcü prezident, “...vəhşiliyə və güc balansına baxmayaraq, biz görürük ki, işğalçı qüvvə öz ölkəsini müdafiə edəni məğlub edə bilmir.” –deyə bildirib.

Qeyd edək ki, Gürcüstanın

Şimali Atlantika Alyansına inteqrasiya yolunu gücləndirmək üçün səy göstərdiyini deyən Salome Zurabişvili, NATO-nun Vilnüs sammitinin onun ölkəsi üçün də əlamətdar olacağına ümid etdiyini dilə gətirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə