Bryansk vilayətində ölənlərin sayı 4 nəfərə çatıb

Bryansk vilayətində ölənlərin sayı 4 nəfərə çatıb

Bryansk vilayətinin Suzemka kəndində Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulan 4 nəfər sakinin cəsədi tapılıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə vilayətin qubernatoru Aleksandr Boqomazın teleqram kanalı məlumat yayıb.

“...Hazırda iki vətəndaş Ukrayna millətçilərinin hərəkətlərindən zərər çəkib, onlar xəstəxanaya çatdırılıb və həkim nəzarətindədirlər. Dörd mülki şəxs isə həlak olub”.

Qeyd etdiyimiz kimi, Boqomaz bunu Telegram kanalında bildirib.

Xatırladaq ki, atəşə tutulma ötən gecə baş verib. Aleksandr Boqomazın sözlərinə görə, Ukrayna silahlı qüvvələri tərəfindən kəndə mərmilər atılıb. Nəticədə bir yaşayış binası tamamilə, daha ikisi isə qismən dağılıb. Hadisədən bir neçə saat sonra daha bir atəş açılıb. Mərmilər hava hücumundan müdafiə sistemlərinin köməyi ilə vurula bilib.

Onu da qeyd edək ki, bundan əvvəl Bryansk vilayətində raket hücumu nəticəsində yalnız iki nəfərin öldüyü bildirilirdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə