"Türkiyə ilə Yunanıstan arasındakı müsbət atmosferdən məmnunam"

Yunanıstanda keçirilən 8-ci Delfi İqtisadi Forumunda çıxış edən N.Dendias xarici işlər naziri kimi 4 illik müddətinin Türkiyə-Yunanıstan əlaqələrində müsbət atmosferlə başa çatmasından məmnunluğunu ifadə edib...
"Türkiyə ilə Yunanıstan arasındakı müsbət atmosferdən məmnunam"

Yunanıstanın xarici işlər naziri Nikos Dendias Türkiyə ilə Yunanıstan arasındakı müsbət atmosferdən məmnun olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Yunanıstanda keçirilən 8-ci Delfi İqtisadi Forumunda çıxış edən N.Dendias xarici işlər naziri kimi 4 illik müddətinin Türkiyə-Yunanıstan əlaqələrində müsbət atmosferlə başa çatmasından məmnunluğunu ifadə edib: “Mən ürəkdən inanıram ki, əgər biz ikitərəfli münasibətlərdə müsbət atmosferi qoruyub saxlaya bilsək, fikir ayrılığımız haqqında açıq və dürüst danışmaqla problemlərimizi həll etmək üçün fürsət pəncərəsi yarada bilərik”.

Yunanıstanın xarici işlər naziri ilki 2002-ci ildə Türkiyə ilə Yunanıstan arasında Egeydə yaşanan problemlərə tərəflərin "ədalətli, qalıcı və hərtərəfli" həll üçün zəmin yaratmaq üçün başladılan məsləhətləşmə danışıqlarına da toxunaraq deyib: “İndiyədək 63 raundu başa çatan məsləhətləşmələrdən sonra hesab edirəm ki, Türkiyə ilə danışıqların gedişatında bəzi dəyişikliklər edilməlidir. Çünki bu dəyişikliklər bizim konsensusa nail olmağımızı asanlaşdırır.

Türkiyə və Yunanıstan beynəlxalq platformalarda bir-birinin namizədliyini dəstəkləməlidir. Məncə, cəsarətli olmalıyıq. Konsensus istəyiriksə, hər iki tərəfdən addımlar atılmalıdır.

Bugünkü qarşılıqlı anlaşmadan məmnunam və bunun daha böyük və daha ciddi addımların ilki olacağına ümid edirəm."

Bütün xəbərlər Facebook səhifəmizdə