Rusiyalı məşhur bloqer və "Arzular Marafonu”nun ("Marafona jelaniy”) yaradıcısı Yelena Blinovskaya vergidən yayınmaqla bağlı saxlanıldıqdan sonra onlarla başqa bloqer, o cümlədən Moskvada yaşayan azərbaycanlı Hüseyn Həsənov barədə də yoxlamalara başlanılacaq. SİA xarici KİV-ə istinadən xəbər verir ki, onun da adı Rusiya Daxili İşlər Nazirliyinin tərtib etdiyi "qara siyahı”ya salınıb. Bu adlar səs-küylü həbslərdən əvvəl ortaya çıxıb.
Qeyd edək ki, indiyədək saxlanılan Saşa Mitroşina, Lerçek və Blinovskaya həmin siyahıda ilk yerlərdə olublar. Mitroşina 130 milyon rubl (2,74 milyon manat) vergi borcunu ödədikdən sonra siyahıdan çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB