ABŞ İran neftini müsadirə edib

ABŞ tətbiq etdiyi sanksiyalar çərçivəsində dənizdə üzən tankerdəki İran neftini müsadirə edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, neft bazarları qeyri-sabit olaraq qaldığından, yüklərin müsadirəsi Vaşinqton və Tehran arasında ABŞ-ın İranın nüvə proqramı ilə bağlı sanksiyalarının illərlə sürdüyü təzyiqlərdən sonra son eskalasiyadır”-deyə, məlumatda vurğulanıb.

Keçən il ABŞ Yunanıstan yaxınlığında İran neftini müsadirə etməyə cəhd etməsi Tehranın Fars körfəzində iki yunan tankerini ələ keçirməsinə səbəb olub. 2020-ci ildə isə Vaşinqton Venesuelaya gedən xarici gəmilərdə İran yanacağının dörd partiyasını müsadirə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə