“Ukraynanın məğlubiyyəti onu dünyanın ən güclü ölkəsinə çevirəcək”
Ukraynanın Rusiya ilə münaqişədə məğlub olması onu dünyanın ən güclü ölkəsinə çevirəcək. SİA-nın əldə etdiyi məlumata görə, bu fikri Xarkov vilayətindəki Ukrayna qoşunlarının komandanı, general Sergey Melnik də bildirib.
Ukrayna Silahlı Qüvvələrinin generalı Sergey Melnik Rusiya ilə münaqişədə məğlubiyyətdən 5 il sonra Ukraynanın taleyi necə olacaq sualına cavab verərək bildirib ki, Ukrayna dövləti dünyanın ən güclü dövləti olacaq.
Maraqlıdır ki, Xarkov vilayətindəki Ukrayna qoşunlarının komandanı, Ukraynanın dağıdıcı məğlubiyyətdən qurtula bilən Almaniyadan nümunə götürməli olacağını bildirib.
“Ukrayna dünyanın ən güclü dövləti olacaq. ... Bunun üçün böyük bir nümunə var - Almaniya. Böyük Almaniya müharibəni uduzdu və praktiki olaraq dünyanın ən qabaqcıl ölkəsinə çevrildi. Amma biz Almaniyadan da yan keçəcəyik”.
Məncə, Sergey Melnik, burada “Almaniyadan da yan keçəcəyik” deyəndə, o, yəni Almaniyanı tozanaqda qoyacağıq demək istəyib.
Melnikin fikrincə, beş ildən sonra Ukrayna ordusunun tayı-bərabəri olmayacaq və ölkə iqtisadiyyatı Avropa dövlətləri səviyyəsinə çatacaq.
Qeyd edək ki, daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin generalı Sergey Melnik İspaniyanın “El Pais” nəşrinə müsahibəsində Ukrayna ordusunun həm texnikaya, həm də canlı qüvvəyə ciddi ehtiyacı olduğunu bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB