Parisin mərkəzində "Bulgari" zərgərlik mağazası qarət edilib

Parisin mərkəzində "Bulgari" zərgərlik mağazası qarət edilib

Naməlum şəxslər Parisin mərkəzindəki Vendome meydanında yerləşən "Bulgari" zərgərlik mağazasını (LVMH-nin bir hissəsi) qarət ediblər. SİA-nın əldə etdiyi məlumata görə, araşdırma banditizmlə mübarizə şöbəsinə həvalə edilib.

Agentliyin polisdəki mənbəsinin sözlərinə görə, "Bulqari"yə dəyən ziyan 1 milyon avro qiymətləndirilir.

Şahidin sözlərinə görə, Moskva vaxtı ilə saat 14:40 radələrində kaputlu, tamamilə qara geyinmiş və qolları sarğı ilə üç nəfər butikə daxil olub. Onlar mühafizəçinin başına zərbələr endiriblər, bundan sonra iki nəfər çanta və silahla mağazaya daxil olub, daha biri isə küçədə qalıb və yoldan keçənlər peyda olan kimi onlara silah tuşlayıb.

Deyilənlərə görə, soyğunçuluq bir-iki dəqiqə davam edib. Soyğunçular iki motosikletlə qaçıblar.

Qeyd edək ki, “Actu 17” nəşri oğurluq hadisəsi baş verən hadisə yerindən şahidlərin fotosunu dərc edib. Bu fotoda mağazanın qarşısında iki qara rəngli motosikletin dayandığı, onların yanında dəbilqəli və qara paltarlı, əlində silah olan naməlum şəxsin olduğu görünür.

Qəzet yazır ki, quldurlardan ən azı birinin qolunda polisə bənzəyən sarğı olub.

Onu da qeyd edək ki, bu mağazanın qarət edilməsi ilk dəfə deyil. Xatırladaq ki, 7 sentyabr 2021-ci ildə də silahlı şəxslər bu mağazadan 10 milyon avro dəyərində zinət əşyalarını oğurlamışdılar.

Sonradan oğurluqda şübhəli bilinənlərdən iki nəfərinə qarşı ittiham irəli sürüldü.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə