Zaxarova amerikalıların Ukraynaya səfərinə reaksiya verib

Zaxarova amerikalıların Ukraynaya səfərinə reaksiya verib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Amerika nümayəndə heyətinin Ukraynaya bugünkü səfərinə münasibət bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq yazı aprelin 29-da Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibinin rəsmi Teleqramında dərc olunub.

Beləliklə, Mariya Zaxarova sürətlə inkişaf edən kiçik və orta biznesə kömək etmək üçün 25 milyon dollarlıq Amerika sərmayələri haqqında saziş imzalamaq üçün Kiyevə gələn ABŞ nümayəndə heyətinin səfərini ironiya ilə şərh edib.

Diplomat vəziyyətlə bağlı fikirlərini bölüşərək, amerikalıların, görünür, marixuana mağazalar şəbəkəsinə investisiya qoymaq istədiklərini irəli sürüb.

“Ukraynada 25 milyon dollar dəyərində olan bu “kiçik və orta biznes” nədir? Nyu-Yorkdakı kimi Bankovayada marixuana mağazaları açacaqlar?”, - deyə Zaxarova istehzalı sual qoyub.

Xatırladaq ki, bu gün ABŞ-dan Kiyevə gələn nümayəndə heyətinin məqsədi investisiya sənədlərini imzalamaq olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə