Türkiyəli partiya sədri Rusiyanın "yeni bölgələri"ni tanımağa çağırıb?

Türkiyəli partiya sədri Rusiyanın "yeni bölgələri"ni tanımağa çağırıb?

Türkiyənin Vətən Partiyasının lideri Doğu Perinçek Krım yarımadasının və yeni bölgələrin Rusiyanın tərkibində rəsmən tanınmasına çağırıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun bəyanatları Çoxqütblülük üzrə Ümumdünya Onlayn Konfransı çərçivəsində verilib.

...Rusiyanın yeni subyektləri rəsmi və açıq şəkildə tanınmalıdır.

TASS-ın yazdığına görə, bunu türkiyəli siyasətçi Doğu Perinçek deyib.

“Krım Rusiya Federasiyasının ərazisidir. DXR və LPR, həmçinin Zaporojye və Xerson vilayətləri də Rusiya Federasiyasının tərkibinə daxildir. Bu faktlar rəsmi və açıq şəkildə tanınmalıdır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Perinçək ABŞ-ın bir sıra bölgələrdəki dağıdıcı siyasətinə də diqqət çəkib.

Onun sözlərinə görə, yalnız Türkiyə, Rusiya, Suriya, İran və İraqın birgə səyləri sayəsində amerikalı siyasətçilərin qondarma Kürdüstanı formalaşdırmaq üzrə fəaliyyəti dayandırılıb: “Qərbi Asiya ölkələrinin Rusiya və Türkiyə ilə birliyi sülh və təhlükəsizlik modeli yaradır. İndi bu modeli bütün qarşıdurma bölgələrinə genişləndirməyin vaxtıdır”.

Onu da qeyd edək ki, Doğu Perinçək əlavə edib ki, o, ABŞ-a qarşı mübarizə üçün ölkələrin birgə mövqeyinin hazırlanmasını zəruri hesab edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə