Zelenski odlu silah gəzdirdiyini etiraf edib

Zelenski odlu silah gəzdirdiyini etiraf edib

Ukrayna Prezidenti Vladimir Zelenski hər ehtimala qarşı üzərində odlu silah gəzdirir.

SİA-nın əldə etdiyi məlumata görə, Zelenski bunu telejurnalist Dmitri Komarova müsahibəsində bildirib.

"Ukrayna prezidenti ruslara əsir düşür. Bunu təsəvvür edirsiniz? Biabırçılıqdır!", - Zelenski deyib.

Zelenski kritik vəziyyətdə intihar etmək üçün silah lazım olacağı barədə təxminləri rədd edib və bildirib ki, silah ona atışmaq üçün lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə