Təqaüdçü qadınnın yazıları ona bir milyon rubl cərimə “gətirib”

Təqaüdçü qadınnın yazıları ona bir milyon rubl cərimə “gətirib”

Bu arada Tomsk vilayətinin Seversk məhkəməsi təqaüdçü Marina Novikovanı Rusiya ordusu haqqında “saxta fikirlər” səsləndirdiyinə görə bir milyon rubl məbləğində cərimələyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Marina Novikovanın əri “TV2”-də bildirib.

Qeyd edilməlidir ki, bundan əvvəl prokurorluq onun üçün 3 il həbs istəyib. 65 yaşlı Novikova özü məhkəmədən ona real müddət verilməsini xahiş edib.

Məsələ bundadır ki, təqaüdçü qadının etirafına görə, onun nəinki, bir milyon rublu, hətta bunun yarısını belə ödəmək iqtidarında deyil.

Qeyd edək ki, Novikova saxtakarlıqlarla bağlı cinayət maddəsi üzrə ilk müttəhimlərdən biridir(?).

Belə ki, müstəntiqlərin dediyinə görə, 2022-ci il martın əvvəlində təqaüdçü Ukraynadan olan dostlarının ona danışdıqlarını Novikova o zaman 170 abunəçisi olan “Pravda qoroda Seversk” teleqram kanalında yazaraq yerləşdirib.

Xüsusilə, danışılanılar arasında Zaporojye vilayətinin Enerqodar şəhərində baş verənlərlə bağlı məlumatlar da olub.

Və bu da axırı,

Məsələ bundadır ki, məhkəmə bütün bunların saxta olduğuna qərar verib. Çünki bu, Rusiya hakimiyyətinin Ukraynadakı müharibə ilə bağlı Rusiya Müdafiə Nazirliyinin versiyası ilə üst-üstə düşmür.

Ona görə də “saxta xəbərlər” adlandırılmalıdır.

Xatırladaq ki, Ukraynanın genişmiqyaslı işğalından sonra Rusiya hakimiyyəti müharibə əleyhinə çıxış və bəyanatlara görə təqiblərə başlayıb.

Onu da qeyd edək ki, hazırda Rusiyada Marina Novikovanın aqibətini yaşayanları sayı artıq 528 nəfəri ötməkdədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə