Ukraynalılar hələ ki, “tanklarla Moskvaya girmək” niyyətində deyillər

Ukraynalılar hələ ki, “tanklarla Moskvaya girmək” niyyətində deyillər

Bu arada Yevgeni Priqojin rusları qorxmamağa çağırıb. O, əminliklə, indi “kiminsə tanklarla Moskvaya gələcəkləcəklərindən” xoflanmamağı ruslara tövsiyə edib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Vaqner” PMC-nin təsisçisi jurnalist Semyon Peqovla aprelin 29-da dərc olunmuş videomüsahibəsində bildirib.

Priqojinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hazırda belə bir planları yoxdur.

Bununla belə, Priqojin dünyanın (?) Rusiyanı hissə-hissə parçalamasına davam edəcəyindən heç vaxt dayanmayacağı fikrini də bölüşüb.

“...Ona görə də ya indi mübarizə aparacağıq, ya da Rusiya Federasiyası adlı ölkə olmaya bilər. Beləliklə, indi müqavimət göstərməliyik”.

Priqojin deyib bunu.

Və o, eyni zamanda Baxmutu (qeyd - Artemovskın Ukrayna adı) götürməyin lazım olduğunu da xatırladıb. Qeyd edək ki, Yevgeni Priqojin Ukrayna Silahlı Qüvvələrinin əks hücuma hazır olduğunu da bəyan edib.

...Özü də sonra “qorxub-eləməyin” deyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə