“Polşanın Rusiya üçün heç bir önəmi yoxdur”

“Polşanın Rusiya üçün heç bir önəmi yoxdur”

Bu arada Dmitri Medvedev Polşa ilə diplomatik münasibətlərin qorunub saxlanmasında heç bir önəm görmədiyini bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə aprelin 29-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini öz Twitter səhifəsində yazıb. Medvedevin fikrincə, əgər Polşada rusofoblar hakimiyyətdə olduğu halda, Rusiya üçün Polşa ümumiyyətlə, mövcud olmamalıdır, Ukrayna isə bu gün polşalı muzdlularla doludur.

Xatırladaq ki, rus saytlarının yazdığına görə, aprelin 29-da Varşava meriyasının əməkdaşları və polis Rusiyanın Polşadakı səfirliyindəki məktəb binasına soxulublar.

Qeyd edək ki, Rusiyanın Varşavadakı səfiri Sergey Andreev də öz növbəsində məktəbin ələ keçirilməsinə Rusiyanın ciddi cavab verəcəyi ilə bağlı xəbərdarlıq edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə