Türkiyə və Rusiya hava nəqliyyatında qarşılıqlı uçuşların artırılması ilə bağlı razılığa gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Nəqliyyat Nazirliyi tərəfindən edilən yazılı açıqlamada, “İki ölkə arasında yüksək səviyyəli razılaşmaların həyata keçirilməsi üçün Rusiya aviasiya idarəsi ilə türk hava yolu şirkətləri arasında Rusiyaya həftədə 49 uçuş əlavə edilməsi tələbi qəbul edildi. Buna cavab olaraq Rusiya aviaşirkətlərinin Türkiyəyə həftədə 720-dən çox uçuş təşkil edəcəyi planlaşdırılır" deyə qeyd edilib.
Hazırda müxtəlif marşrutlar üzrə həftəlik 629 qarşılıqlı uçuşun olduğu xatırladılaraq, razılaşma nəticəsində Rusiya və Türkiyə arasında uçuşların sayının həftədə 1300-ü keçə biləcəyi bildirilib.
Rusiya prezidenti Vladimir Putin və prezident Rəcəb Tayyib Ərdoğan Akkuyu AES-in nüvə yanacağı yükləmə proqramı öncəsi telefon danışığı keçirib və qarşılıqlı uçuşların artırılması üçün konsensusun əldə edildiyi açıqlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB