Sərxoş kişi ilanı boğazına dolayaraq ölümünə səbəb olub

Sərxoş kişi ilanı boğazına dolayaraq ölümünə səbəb olub

Hindistanda baş verən hadisə hər kəsi heyrətləndirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Bircəlal Ram Bhuiyan adlı şəxs balıq tutarkən pitonla rastlaşıb.

Sərxoş olan Bhuiyan özü sürünənini boynuna dolayıb və sonra ondan xilas olmaq üçün mübarizə aparmağa başlayıb. Lakin onun cəhdləri nəticəsiz qalıb. Daha sonra Bircəlalın 14 yaşlı oğlu Nitiş və dostları onu pitonun caynağından azad etməyə çalışıblar.

Nitiş və onun dostları ilanı ayırmağa çalışsalar da, buna nail ola bilməyiblər və Bhuiyan piton boğazında dövrə vurarkən çaya yuvarlanıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə